Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısından öncə qısa ayaqüstü söhbət ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə sammiti işıqlandıran RİA-Novosti agentliyi məlumat yayıb.
İki ölkə lideri iclasın keçiriləcəyi zala birgə daxil olublar. Bundan bir neçə dəqiqə sonra Rusiya və Türkiyənin xarici işlər nazirləri söhbət etməyə başlayıblar.