Bu gün İranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, Firuzabad-Şiraz yolunda “Pejo 405” markalı minik avtomobili qarşıdan gələn “Nissan” markalı avtomobillə toqquşub. Nəticədə “Pejo”da olan 5 nəfər diri-diri yanıb. “Nissan”da olan 4 nəfər isə ağır yaralanıb.
Qeyd edilir ki, İranda tez-tez ölümlə nəticələnən ağır yol qəzaları baş verir. Bunun səbəbi ölkənin yol infrastrukturunun bərbad vəziyətdə olması, eləcə də yerli istehsal olan avtomobillərin heç bir təhlükəsizlik standartlarına cavab verməməsidir.