Böyük Britaniyanın Baş naziri Tereza Mey və Rusiya Prezidenti Vladimir Putin iyun ayının sonunda Yaponiyada görüşəcəklər.
Teleqraf.com xəbər verir ki, görüş “G20” sammiti çərçivəsində həyata keçiriləcək. Görüşdə iki ölkə arasında münasibətlərin müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək “G20” sammiti Tereza Meyin Baş nazir kimi iştirak etdiyi son beynəlxalq tədbir olacaq.