Ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi etiraz aksiyası zamanı müxtəlif qanun pozuntularına yol verən 305 iştirakçı saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, aksiya ilkin olaraq dinc şəkildə keçirilsə də, sonradan ciddi qanun pozuntuları və zorakılıqla müşayiət olunub. Aksiya zamanı iştirakçılar və hüquq mühafizə orqanlarının əməkdaşları müxtəlif dərəcəli xəsarətlər alıblar. Etirazçılar polisə məxsus avadanlıqlara ziyan vurublar.
DİN aksiya ilə bağlı Cinayət Məcəlləsinin kütləvi zorakılığın təşkili və ona cəlbetmə maddəsi üzrə istintaqa başlayıb.