24 İyun 2019 00:15
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı xarici ölkə vətəndaşları üçün "Yaşıl kart" sisteminin tətbiqinə start verib.

Teleqraf.com xəbər verir ki, bu sistemə əsasən əcnəbilər Səudiyyədə bir illik və ömürlük yaşaya biləcəklər.

Səudiyyə Ərəbistanında ömürlük yaşamaq üçün əcnəbilər 213 min dollar, bir illik yaşamaq üçün isə 27 min dollar ödəməlidirlər.

Bu güzəştlərə sahib olacaq əcnəbilər və onların ailə üzvləri istənilən vaxt Səudiyyə Ərəbistanına daxil ola biləcək, burada mülk ala biləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər