9 Sentyabr 2014 20:15
331

"Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxer Lozannadakı reabilitasiya klinikasından buraxılacaq.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu alman idmançının meneceri deyib.

Onun sözlərinə görə, əfsanəvi pilot müalicəni evdə davam etdirəcək.

Xatırladaq ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən məşhur alman pilot yıxılaraq ağır kəllə-beyin travması almışdı.


Müəllif:
Загрузка...