Avropa Komissiyasının ali rəhbərliyində qadın hakimiyyəti güclənir.
Teleqraf.com xatırladır ki, Avropa Komissiyasının rəhbəri vəzifəsinə Xorvatiya xarici işlər naziri Marija Buric seçilib.
Avropa Birliyi parlamentinin sədri vəzifəsinə Liliana Maury, Avropa Komissiyasının sədrinin köməkçisi isə Qabriella Battanini seçilib. Avropa Komissiyasının İnsan haqları komitəsinə Dunya Miyatoviç rəhbərlik edir.
Hazırda Avropa Komissiyasının Parlament Məclisinin 18 müavinindən 9-u xanımdır.
Bu arada maraqlı məqamlardan biri də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən seçilən deputatı Selin Sayek Böke ilə əlaqəli olub.
Xanım Böke Sosialist, Demokratlar və Yaşıllar qrupunun birinci başqan müavini seçilib.