4 İyul 2019 13:06
3 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Türkiyə arasında 2003-cü ilin 4 iyulunda yaşanan böhrandan düz 16 il keçir.

Teleqraf.com xatırladır ki, həmin tarixdə ABŞ və Türkiyə arasında böhran yaşanıb.

İraqın Suleymaniyyə şəhərində Türk Xüsusi Qüvvələrinin 8 hərbçisi amerikalı əsgərlər tərəfindən saxlanılıb, daha sonra onların başına torba keçirilib. Sonradan türk əsgərlər İraqdan deportasiya edilərək Türkiyəyə təhvil verilib. Bu hadisə həmin vaxt Türkiyədə şok yaradıb.

16 ildən sonra bu hadisə haqqında danışan həmin dövrün Xüsusi Qüvvələr komandanının müavini, general Abdulla Qılıncarslan maraqlı faktları açıqlayıb.

General deyib ki, Suleymaniyyədə türk əsgərlərinin başına torba keçirməzdən iki ay əvvəl Baş Qərargah rəisi Hilmi Özkökün verdiyi təlimat əsasında onların silah tətbiq etmək səlahiyyəti dayandırılıb.

General əlavə edib ki, 2002-ci ilin aprel ayında ehtimal edilən İraq hərəkatı öncəsi plan hazırlanıb: “PKK və koalisiya güclərinin dost münasibət sərgiləmədiyi müddətdə silahlı qarşılıq veriləcək əmrini Şimali İraqda xidmət göstərən hərbi personalımıza çatdırdıq. Kərkükdə məlum hadisələr baş verdikdən sonra biz yenidən Ankaraya yazdıq və bundan sonra eyni xarakterli bir hadisə olduqda necə davranmalı olduğumuz haqda məlumat istədik.

Baş Qərargah rəisi Hilmi Özkökün 2003-cü ilin mayında “ABŞ və koalisiya qüvvələri ilə qarşıdurma yaradılmayacaq və dost münasibətlər gözləniləcək” əmri bizə çatdırıldı. Bu əmr hər hansı şərtin olmasından asılı olmayaraq türk əsgərinin silah tətbiq etməsinin önünü kəsirdi”.

Təqaüddə olan general əlavə edib ki, 2003-cü ilin 4 iyul günü 8 türk əsgərinin olduğu qərargaha ABŞ 150 əsgəri hücum edib: “Əgər düşmən ünsürlərinə qarşılıq vermək haqqı olsaydı türk ordusunun özəl qüvvəsinə daxil olan 8 əsgərimiz amerikalıların hamısını öldürərdi. Silah tətbiq etmək haqqımız olsaydı, həmin torbaları ABŞ əsgərlərinə yedirdərdik. Bizim əsgərlərimizin hamısı şəhid olardı, ancaq belə bir hadisə qətiyyən yaşanmazdı”.


Müəllif: Cavad

Oxşar xəbərlər