Rusiya prezidenti Vladimir Putinin Ural Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin köməkçisi Aleksandr Vorobyov Moskvada həbs edilib.
O, dövlətə xəyanətdə ittiham olunur.
Məhkəmə A.Vorobyov barəsində cari il sentyabrın 4-dək həbs qətiimkan tədbiri seçilib. Məhkəmə qapalı rejimdə keçirilib. A.Vorobyov 2006-2008-ci illərdə yerli özünüidarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. 2010-2017-ci illədə Kalinqrad vilayəti hökumətində rəhbər vəzifə tutub. /Report/