6 İyul 2019 19:26
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə baş naziri Tereza Mey onun hökumətində iki il xarici işlər naziri vəzifəsində çalışan Boris Consonun “həssas kəşfiyyat məlumatları”na çıxışına icazə verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

İddia edilir ki, baş nazir xarici işlər nazirinə həssas kəşfiyyat informasiyalarının verilməsini qadağan edib.

Vurğulanır ki, İngiltərə xarici kəşfiyyat xidməti olan Mİ6 ilə kiber kəşfiyyat xidməti olan GCHO inzibati tabeçilik prinsiplərinə görə, xarici işlər nazirliyinə tabe olsa da Tereza Mey Boris Consonun “sirr saxlamaq istedadına inanmadığı” səbəbindən belə qərar verməli olub. Əlavə edilib ki, xarici işlər nazirinin kəşfiyyat məlumatlarına çıxışının olmaması İngiltərə tarixində ilk hadisədir.

Hazırda baş nazirlik uğrunda mübarizə aparan Boris Consona yaxın mənbələr isə xəbəri yalanmayıb. Əlavə olunub ki, Conson nazir olduğu müddətdə istədiyi bütün kəşfiyyat informasiyaları ilə tanış olunurmuş. Baş nazirin və xarici işlər zazirliyinin sözçüləri isə kəşfiyyat informasiyaları haqqında danışmaq istəməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər