6 İyul 2019 23:59
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müstəqilliyinin 243-cü ildönümü münasibətilə Vaşinqtonda keçirilən bayram mərasimində bir sıra detal diqqət çəkib.

Publika.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə mərasimə tanklar və döyüş təyyarələri də gətirilib.

Donald Tramp 70 ildən sonra ilk dəfə Linkoln abidəsinin önündə amerikalılara xitab edən ilk prezident olaraq tarixə keçib.

ABŞ prezidenti gülləkeçirməz şüşənin arxasında çıxış edib. Onun çıxış etdiyi tribunanın önündəki yerlərin isə pulla satıldığı deyilir. Sosial şəbəkə istifadəçiləri Trampı lağa qoyublar.

“Kinq “Bir röya çıxışı etdim” deyərkən gülləkeçirməz şüşə yox idi. Qorxaqsan Tramp” deyə sosial şəbəkə istifadəçiləri yazıblar.

Tramp çıxışında 2020-ci il və ondan sonrakı hədəflərdən danışıb. Vəd verib ki, “gün gələcək ABŞ-ın bayrağını Marsa sancacağıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər