İraqın sürgündəki keçmiş prezident köməkçisi Tarıq Əl Haşimi “İraq-Şam İslam Dövləti” terror təşkilatının yalnız hava hücumları ilə məhv etməyin mümkünsüzlüyünü deyib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o belə hücumların “İŞİD”-in qarşısını bir müddətlik alacağını düşünür: “Ölkədə xaos olanda və bu cür problemlər baş verəndə onlar yenə də öz maraqları naminə ayağa qalxacaqlar”.
Tarıq Əl Haşimi 8 ildən sonra İraqda hökumətin qurulmasına sevindiyini də bildirib.
Samir