20 İyul 2019 22:10
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binada baş verən yanğından xilas edilməsini gözləməyən şəxs 15 mərtəbə aşağı enməyi bacarıb.

Teleqraf.com xəbər verir ki, bu hadisə ABŞ-da baş verib.

Filadelfiyada 19 mərtəbəli binada yanğın baş verib. Qısa müddətə yanğın binanı ağuşuna alıb. Yanğınsöndürənlər gəldikdə artıq bina tamamilə yanırmış. Binada olan bir kişi pəncərədən eyvana çıxaraq aşağı enməyə başlayıb. Helikopter onun 15-ci mərtəbədən yerə endiyini təsbit edib. Hər kəsin təəccüblə baxdığı bu hadisə zamanı ölümə meydan oxuyan şəxs birinci mərtəbəyə qədər enməyi bacarıb və özünü xilas edib. ABŞ-da media və sosial şəbəkə istifadəçiləri xilas olmağı bacaran şəxsi “hörümçək adam” kimi təqdim edib.


Müəllif: Cavad