23 İyul 2019 15:55
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la savaş gərginliyi yaşayan Şimali Koreyadan beynəlxalq ictimaiyyəti narahat edən fotolar yayılıb.

Teleqraf.com xəbər verir ki, rəsmi Pxenyanın yayımladığı və dünya mediasına göndərilən fotolarda ölkə lideri Kim Çen İnin ballistik raket atmaq gücündə olan sualtı döyüş gəmilərinə baxış keçirdiyi məlum olur.

Şimali Koreya hökuməti bu barədə yayılan məlumatlara münasibət bildirməyib. Dövlət televiziyasının yaydığı məlumatda isə sualtı gəmilərin Yapon dənizinə dislokasiya ediləcəyi bildirilib.

Sualtı hərbi texnikanın ballistik raket atmaq gücündə olduğu diqqətə çatdırılıb.

Kim Çen İni müşayiət edənlər arasında Şimali Koreyanın nüvə proqramını icra edən Kim Yonq və ölkənin silah cəbbəxanalarına rəhbərlik edən Yanq Çanq Xanın olması müzakirələri bir qədər də qızışdırıb.

“Bu fotoda diqqət çəkən əsas məqam budur ki, Kim Çen axırıncı dəfə keçən ilin fevral ayında nüvə silahlarına baxış keçirmişdi. Beləliklə, bununla bir mesaj vermək istəyə bilər”, - ABŞ KİV bu haqda yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər