27 İyul 2019 11:36
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ məhkəməsində mühakimə olunan Azərbaycan əsilli iş adamı Rza Zərrab barəsində irəli sürülmüş cinsi zorakılıq ittihamından bəraət alıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə milyarder iş adamının kamera yoldaşı, məhkum Fauzi Yaberin cinsi təcavüz və zorlamaya cəhd ittihamı ilə açılan dosyeni bağlamaq qərarı verib.

Zərrabın Manhattan ştatındakı “Metropolitan Correctional Center MCC” həbsxanasında qaldığı vaxt eyni kamerada qaldığı Yaber bu ittihamı 2017-ci ildə irəli sürmüşdü.

Məhkəmə 20 aydır davam edirdi, Fauzi Yaber Zərrab əleyhinə irəli sürdüyü ittihama görə qarşı tərəfdən təzminat tələb edirdi.

Əlavə edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiya qaydalarını pozmaq ittihamı ilə həbs olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər