İŞİD terrorçuları İraqın Suleymaniyyə şəhərindəki iki neft mədəninə hücum edib.
Teleqraf.com xəbər verir ki, 2017-ci ilin dekabrından bu yana İŞİD ilk dəfədir belə bir hücum təşkil edir.
İraq ordusunun rəsmisi Saad Məhəmməd hücum faktını təsdiqləyib və deyib ki, terrorçuların neft mədənlərinə hücumu, enerji sahələrinə girişinə polislər qarşılıq verərək mane olub.
Bundan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu arada İraqın qərbindəki Enbar kəndində yerləşən İŞİD-ə aid iki mərkəz hava əməliyyatı ilə vurulub. Məlumata görə, hava əməliyyatı zamanı 4 terrorçu məhv edilib.