ABŞ və Rusiya prezidentləri telefon danışığında təkcə Sibirdəki meşə yanğınlarını yox, iki ölkə arasındakı ticarət məsələsini də müzakirə edib.
Teleqraf.com Röter-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin sözçüsü Hoqan Gidli deyib.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun yaydığı açıqlamada isə bildirilib ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə telefon zəngində Sibirdəki meşə yanğınlarının söndürülməsi üçün yardım təklif edib.
Trampa təşəkkür edən Putin bu təklifin gələcəkdə iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün açar rolunu oynayacağını deyib.
Peskov hər iki ölkənin fövqəladə hal məsələlərinin müzakirəsinə hazır olduğunu bildirsə də, bir çox problemlərin ABŞ tərəfindən gözardı edildiyini vurğulayıb: “Məsələn, qarşı tərəf ABŞ həbsxanalarında saxlanılan ruslar haqda danışmaq istəmir, səbirli olub gözləməliyik”.
***
09:06
Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət əsnasında Amerika lideri Rusiyaya meşə yanğınlarına qarşı mübarizədə kömək etməyi təklif edib.
Rusiya prezidenti Trampa belə diqqətli münasibət və kömək və dəstək təklifi üçün səmimi təşəkkürünü bildirib.
Putin zərurət olduqda Trampın təklifindən faydalanacağını əlavə edib və Sibirdə yanğınlarla mübarizə üçün güclü bir hava qrupunun qurulduğunu bildirib.