1 Avqust 2019 11:40
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının evinə gedib.

Teleqraf.com xəbər verir ki, partiya liderinin evinə ölkə başçısının qəfil səfəri barədə “Hürriyyət” qəzetinin yazarı Əbdülqədir Səlvi yazıb.

Əbdülqədir Səlvi “Ərdoğanla Baxçalı nə danışdı” başlıqlı yazıda görüşün niyə məhz MHP liderinin evində keçirildiyinə diqqət çəkib:

“Görüşlərin birində Ərdoğan sosial mediada başında buxara papaqlı fotosunu paylaşan Baxçalıya “Eviniz çox gözəldir, mənə maraqlı gəldi” deyib. Baxçalı da “Bir qəhvə içərik” deyə cavab verib. Görüş üçün prezidentin iqamətgahından zəng gələndə Baxçalı “evimdə qəbul edərəm” söyləyib”.

MHP lideri Ərdoğanı Ankara Çayyolundakı “Dövlət bəyin iqamətgahı”nın qapısında qarşılayıb. Görüş təxminən 30 dəqiqə çəkib.

Xatırladaq ki, tərəflər arasında indiyədək keçirilən bütün görüşlər prezidentin iqamətgahında reallaşıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər