7 Avqust 2019 16:35
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə və ABŞ ayrı-ayrılıqda neft ehtiyatlarını ələ keçirmək üçün İranı parçalamağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu fransalı hərbi ekspert Terri Meyssan deyib.

Ekspertin fikrincə, ABŞ-ın İranla bağlı bir neçə məqsədi var:

“Vaşinqtonun İranla bağlı iki məqsədi var. Birinci məqsədi Əfqanıstan, İraq və Liviyada olduğu kimi dövlət quruluşunu dəyişmək və ölkəni Suriyaya çevirməkdir. Bu, bir Ramsfeld-Zebrovski strategiyasıdır.

İkinci hədəf, İranın karbohidrogen resurslarının ixracatını nəzarətdə saxlamaq və dünya bazarını idarə etməkdir. Bu da Tramp-Pompeo strategiyasıdır. Bu səbəbdən ABŞ-ın nüvə proqramı üzərində yaradılan gərginlik axmaqlıqdan başqa bir şey deyil”.

Meyssanın fikrincə, ABŞ və İngiltərə arasında İranla bağlı mövcud qarşıdurmanın tarixi presedentləri var: “Amma amerikalılar 1956-cı il Süveyş böhranı zamanı olduğu kimi Londondan uzaqlaşa bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər