10 Avqust 2019 08:45
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikası (KXDR) avqustun 10-da növbəti dəfə iki raket sınağı həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

Bildirilir ki, raketlər səhər saatlarında Şimali Koreyanın şərqində yerləşən Hamhunq şəhərindəki hərbi bazasından Yapon dənizi istiqamətində buraxılıb. Hələlik raketlərin növü və buraxılışın detalları barədə ətraflı məlumat yoxdur.

Qeyd edək ki, son günlər KXDR-in raket sınaqları ardıcıl xarakter alıb. İyulun 25-dən bəri Şimali Koreya beş dəfə raket buraxılışı həyata keçirib. Sonuncu dəfə avqustun 6-da iki qısa mənzilli ballistik raket (KN-23) Yapon dənizi istiqamətində buraxılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər