ABŞ Prezidenti Donald Tramp şərtlər yaxşılaşdırılmazsa ölkəsinin Ümumdünya Ticarət Təşkilatından çıxacağını bəyan edib.
Teleqraf.com xəbər verir ki, Pensilvaniyada keçirilən tədbirdə çıxışı zamanı Tramp sensasion iddia ilə çıxış edib.
O, illərdir aldadıldıqlarını söyləyib: “Məcbur qalsaq, Ümumdünya Ticarət Təşkilatını tərk edəcəyik. Bizi illərdir aldatdıqlarını bilirik. Bu, bir daha təkrarlanmayacaq”.