Suriyanın Haseke şəhərində naməlum şəxslər xəstəxananı partladıb.
Teleqraf.com xəbər verir ki, xəstəxananın binası uzaqdan idarə edilən partlayıcı qurğular ilə partladılıb.
Məlumata əsasən, partlayış əş-Şeyx Həmd kəndində yerləşən xəstəxananın binası uçurub.
Bildirilir ki, partlayış nəticəsində xəsarət alan olmayıb.