Türkiyə Suriyanın şimal-qərbində yerləşən deeskalasiya zonasına əlavə zirehli texnika, hərbçilər və silah göndərib.
Teleqraf.com xəbər verir ki, göndərilən zirehli texnika və hərbi heyət İdlibdəki müşahidə məntəqələrinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, Astana razılaşmalarına əsasən deeskalasiya zonasında Türkiyə Silahlı Qüvvələrinin 12 müşahidə məntəqəsi yaradılıb.