26 Avqust 2019 18:14
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko mərkəzləşdirilmiş test sisteminə qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, o, ölkəsində dərs yükünün ağırlığı və həyata keçirilən mərkəzləşmiş test sisteminin tətbiq olmasından narahatdır:

“Mənim hər şeydən xəbərim var. Bilirəm ki, ali məktəblərə qəbul olmaqla bağlı məsələlər qaydasında deyil. Abituriyentin ali məktəbə daxil olmasında əsas bilikdir. Bilik yoxdursa, tətbiq edilən hər hansı yeni sistemin heç bir mənası olmayacaq”.

Lukaşenko həmçinin ali məktəblərə qəbul prosesinin asanlaşdırmağın lazım olduğunu da vurğulayıb:

“Səmimi deyəcəyəm, son zamanlar bu məsələylə bağlı bir çox valideynləri dinləyirəm. Mənim ailəmdə ali məktəbə daxil olacaq uşaqlar var. Düşünürəm ki, orta məktəblərdə dərs yükünün azaldılması vacibdir. Bu da ali məktəblərə daxil olmağı asanlaşdıra bilər”.

Lukaşenko uşaqları ev tapşırıqlarıyla həddən artıq yükləməməyi tövsiyə edib: “Uşaqların 5-6 saat məktəbdə tapşırıq yerinə yetirməsi və bir o qədər də evdə dərsə vaxt ayırması anormaldır . Biz uşaqları şikəst edirik”.

Lukaşenko ilin sonuna kimi ekspertlərin iştirakıyla təhsil mövzusu üzrə genişləndirilmiş müşavirə keçirməyə tapşırıb.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər