27 Avqust 2019 11:31
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatarıstanda yeniyetmə anasının icazəsi olmadan evdəki paltaryuyan maşını internet üzərindən satıb.

Teleqraf.com xəbər veri ki, zərərçəkmiş şəxs oğlundan polisə şikayət edib.

53 yaşlı ana 13 yaşlı oğlunun evdə heç kimin olmamasından istifadə edərək, paltaryuyan maşını satdığını bildirib. Məktəbli oğlanın satışdan əldə etdiyi pulu nəyə xərclədiyi məlum deyil.

Hələlik hadisə ilə bağlı cinayət işi açılmayıb, yoxlamalar davam etdirilir. Paltaryuyan maşının oğurlanması barədə şikayət təhqiqat üçün həddi-buluğa çatmamışların işləri üzrə bölməyə göndərilib.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər