İraqın paytaxtında törədilən partlayışlar nəticəsində 14 nəfər həyatını itirib, 45 nəfər yaralanıb.
Teleqraf.com-un haberturk.com-a istinadən verdiyi xəbərə görə, Bağdadın şərqindəki Əl-qədir bölgəsində bomba yüklü maşınla təşkil olunan hücumda 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Daha bir hücum Əl-allevi bölgəsində qeydə alınıb ki, burada 2 nəfərin həyatını itirdiyi, 6 nəfərin yaralandığı bildirilib. Şəhərin Bab Əl-nəhəng bölgəsində yerləşən Hərc bazarında motosikletin partladılması nəticəsində isə 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Verilən məlumatlara görə, Bağdadın şərqindəki Ez-zaferaniyye bölgəsində törədilən partlayışda 3 nəfərin öldüyü, 11 nəfərin yaralandığı, El-kerade bölgəsindəki bombalı hücumda isə 2 nəfərin öldüyü, 7 nəfərin yaralandığı qeyd edilir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.