13 Sentyabr 2014 11:15
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şimal-şərqindəki Kunar vilayətinin Manogai rayonunda təhlükəsizlik qüvvələri və Taliban döyüşçüləri arasında çıxan qarşıdurmada 10 militanın öldürüldüyü bildirilib.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbəər görə, Kunar polis rəisi Əbd Həbib Sayedhil etdiyi açıqlamada yerli vaxtla 04:00 radələrində bir qrup militanın təhlükəsizlik qüvvələrinin nəzarət məntəqəsini hədəfə aldıqlarını, daha sonra başlanan atışma nəticəsində arasında Xaçı Nadimullah adlı Taliban komandiri olmaqla bərabər ümumilikdə 10 döyüşçünün öldürüldüyü və 15-nin də yaralandığını deyilir.

Yaralananların yaxınlıqdakı kəndlərə sığındığını bildirən polis rəisi təhlükəsizlik qüvvələrinin həmin kəndləri mühasirəyə aldığını bəyan edib.

Münaqişədə təhlükəsizlik qüvvələri üzvlərindən iki nəfərin də yaralandığı məlumatlarda qeyd edilir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər