31 Avqust 2019 16:53
1 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

1983-cü ildə çörək sexindən 50 dollar oğurlayan və buna görə ömürlük həbs edilən məhkum 36 ildən sonra azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, Alvin Kennard adlı məhkum həbs edilərkən 22 yaşında olub.

Məhkum 36 ildən sonra azadlığa buraxılması üçün müraciət edib və onun müraciəti araşdırıldıqdan sonra müsbət qərar qəbul olunub.

Qeyd edilir ki, Kennard qanunun tələbinə uyğun olaraq ömürlük həbs cəzası alıb.

ABŞ-ın 26 ştatında fərqli formada qüvvədə olan qanuna əsasən eyni cinayətdən 3 dəfə ittiham edilən şəxslərə ömürlük həbs verilə bilər. Kennard da 1979-cu ildə ikinci dərəcəli soyğunçuluq cinayətinə görə 3 il şərti cəza alıbmış.

Məhkəmə prosesinə əl və ayaqları zəncirli halda gətirilən Kennard bəyan edib ki, həbsdən əvvəl olduğu kimi azadlığa çıxdıqdan sonrada inşaat sektorunda işləməyi planlaşdırır.

Məhkum azadlığa buraxılıb, onu ailə üzvləri və dostları qarşılayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər