2 Sentyabr 2019 13:28
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 17-də keçirilən seçkilər ərəfəsində İsraildə müzakirə edilən əsas mövzu indiki baş nazir Binyamin Netanyahunun qanunları pozaraq təbliğat aparmasıdır.

Teleqraf.com-un məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) bildirib ki, “namizədlər İsrail ordusundan seçki kampaniyasında istifadə edə bilməz, əsgərlərlə foto və ya video çəkdirə bilməz” yasağını Netanyahu pozub.

Baş nazir Feysbuk profilində həftə sonunda paylaşdığı foto və videoda hərbçilərlə bir yerdə söhbət etdiyi görünür.

MSK sədri Hanan Melcer bəyan edib ki, Netanyahu qanunu pozub: “Onun paylaşdığı fotoda hərbi hissədə əsgərlərlə söhbət etdiyi ortaya çıxır. Netanyahu bu videoları dərhal silməlidir. İsrail ordusunun bir partiyanı və ya bir namizədi dəstəkləyir görüntüsü yaratmaq qanunsuzdur”.

İsrail mediası yazır ki, Netanyahu profilində sildiyi bir video kadrlara görə 2.800 dollar cərimə edilib.

Baş nazir Netanyahu və lideri olduğu Likud Partiyası isə səssizliyi pozmayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər