8 Sentyabr 2019 11:23
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Əmək naziri Amber Rudd istefa verib.

Teleqraf.com-un məlumatında görə, o, bu barədə Tvitter hesabında məlumat verib.

Nazir istefa səbəbinin baş nazir Boris Consonun Mühafizəkar Partiyasının 21 millət vəkilini parlamentdən xaric etməsi olduğunu qeyd edib.

"Sadiq mühafizəkarların parlamentdən xaric edilməsinə kənardan tamaşaçı kimi baxa bilmərəm" deyən Rudd partiyasının parlament qrupundan da ayrıldığını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Boris Consonun qardaşı Co Conson da dövlət naziri vəzifəsindən istefa vermişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər