15 Sentyabr 2014 00:48
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı Türkiyənin məktəblərinə hücum edib.

ANS PRESS-in məlumatına görə, terrorçular 3 məktəbi yandıraraq məhv ediblər.

Türkiyəni Muş bölgəsində 2 minə yaxın şagirdin təhsil aldığı 3 məktəbə edilən hücumlar nəticəsində təhsil müəssisələri yararsız vəziyyətə düşüb.

Üzlərinə maska taxan PKK-çıların yandırdığı məktəblərin uzun müddətə təmirə bağlanacağı gözlənilir. Bu üzdən də sözügedən məktəblərdə təhsil alan şagirdlər üçün dərslərin təxirə salınacağı istisna edilmir.

Türkiyə Silahlı Qüvvələri terrorçuları yaxalamaq üçün əməliyyatlara başlasa da, hələlik heç bir nəticə əldə edə bilməyiblər.

Qeyd edək ki, Türkiyədə də dərslər Azərbaycanda olduğu kimi bu gün başlayır.


Müəllif: