14 Sentyabr 2019 01:36
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya indiyədək Avropa Birliyinin qadın zorakılığına qarşı qəbul etdiyi İstanbul konvensiyasını ratifikasiya etməyib.

Teleqraf.com xəbər verir ki, BMT-nin qadın diskriminasiyası və məişət zorakılığı üzrə komitəsinin nümayəndəsi Ana Pelas Narvaes bu məsələyə göstərdiyi münasibətə görə Latviya hökumətini tənqid edib.

Sözügedən konvensiyanın Latviyada qəbulu əlil qadınlar da daxil olmaqla bütün qadınların haqlarının qorunması istiqamətində atılacaq ciddi addım olardı. P. Narvaes bildirib ki, ölkədə qadın haqları yetərincə qorunmur. Onun sözlərinə görə, Latviyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da əlil qadınların dövlət strukturlarında çalışmasına yönəlmiş təşviqat aparmırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər