İngiltərənin baş naziri David Kameron ingilis ordusunun “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı hava hücumlarına hazır olduğunu bildirib.
Teleqraf.com-un “Habertürk”ə istinadən verdiyi xəbərə görə, ötən gün britaniyalı David Hainesin İŞİD tərəfindən edam edilməsindən sonra baş nazir təcili toplantı keçirib.
O bildirib ki, D.Hainesi öldürənləri məhv etməyincə Britaniya ordusu geri çəkilməməlidir.
Baş nazir söz verib ki, bu işdə günahkar olanlar öz layiqli cəzalarına çatacaq.
İŞİD-i şeytani və duyğusuz bir təşkilat adlandıran Kameron təşkilatın İraq və Suriyada dini mənsubiyyətə baxmayaraq, minlərlə insanı qətlə yetirdiklərini söyləyib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.