16 Sentyabr 2019 22:37
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İsfahan vilayətinin Semirom rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.

Məlumata görə, zəlzələ rayonun Vənək şəhərinin 9 kilometrliyində 8 km dərinlikdə qeydə alınıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər