“Rəsmi Moskva və Ankara perspektivdə istehsal ediləcək silahların alınması barədə danışıqlar aparır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin Moskva və Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı anlaşmanı imzaladığını xatırladıb.
Putin tərəflərin hərbi-texniki sahədəki əməkdaşlığını uğurlu adlandırıb.
Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələcəkdə Rusiyadan istismara veriləcək “S-500” sistemləri alacaqlarını demişdi.