17 Sentyabr 2019 17:55
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Əli Xameneyi ABŞ-la dialoq ehtimalını təkzib edib.

Teleqraf.com xəbər verir ki, ölkənin dini başçısı ABŞ-la nüvə proqramına dair danışıqlar aparmaq istəmədiklərini bildirib:

“İran və ABŞ arasında hansısa bir səviyyədə müzakirə aparılmayacaq. Belə danışıqlar aparmaq, Amerikanın İrana yönəlmiş təzyiq siyasətinin uğuru demək olardı”.

Bununla belə o, ABŞ-la müzakirələrin mümkünlüyünə də diqqət çəkib:

“ABŞ sözünü geri götürüb tövbə edərək, nüvə anlaşmasına yenidən qayıtsa, digər ölkələrlə birlikdə aparılan danışıqlara qatıla bilər. Bu olmasa, Nyu-York və ya başqa bir şəhərdə amerikalı rəsmilərlə hansısa formada dialoqa getməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər