Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerin mümkün istefasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, “Tvitter”də yazıb:
“Vaşinqtondan narahatlıq doğuran xəbər var – ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker istefa verib. Onun ABŞ ilə strateji tərəfdaşlığımızı gücləndirməyə verdiyi töhfəsini qiymətləndirməmək çətindir”.
O, Ukraynanın Kurtla özünü inamlı hiss etdiyini qeyd edib: “Siz etibarın və effektiv birgə fəaliyyətin yüksək standartını yaratdınız. Bunu irəli aparmaq istənilən varis üçün asan olmayacaq. Səmimi qəlbdən minnətdaram, Kurt!”.
Bundan əvvəl CNN üç mənbəyə istinadən Volkerin ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa etdiyini bildirib.