29 Sentyabr 2019 17:03
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Romadakı səfiri Anna Mariya Anders miqrantların Avropa Birliyi ərazisində paylaşdırılması üzrə yeni razılaşmanı ölkəsinin qəbul etmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, səfir Polşanın yalnız dil və ənənələr baxımından xalqa yaxın ölkələrdən gələn miqrantları qəbul edəcəyini açıqlayıb: “Avropa Birliyi yenidən bölüşdürülməni istəyir, amma biz fikrimizi dəyişməyəcəyik. Rəsmi Varşava onsuz da çox iş görür. Polşada bir çoxu müharibə bölgələrindən qaçan iki milyon ukraynalı var. Onlar yaxşı inteqrasiya olur, dilimizi, adət-ənənələrimizi və mədəniyyətimizi qismən bölüşürlər. Onlar həmçinin bizimlə eyni dini bölüşürlər ki, bu da Polşa üçün vacib səbəblərdən biridir”.

Avropa Birliyi Maltada miqrantlarla bağlı yeni razılaşma qəbul edib. Razılaşmaya əsasən, ölkələr İtaliya və Yunanıstana gələn miqrantları 4 həftədən sonra qəbul etməlidirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər