17 Sentyabr 2014 12:42
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın şərqindəki Benqazi şəhərində təqaüdçü general Xəlifə Hafter tərəfdarları ilə Benqazi İnqilabçılar Şura Məclisinin qüvvələri arasındakı toqquşmalarda 8 nəfər həlak olub.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Haftere dəstək verən Hava Qüvvələrinin əməliyyat komandiri general-mayor Sakr Əl-Ceruşi bildirib ki, Liviya və İordaniya silahlı qüvvələrinin birgə əməliyyatları nəticəsində hücumların qarşısı alınıb.

Toqquşma zamanı qarşı tərəfə məxsus hərbi texnikanı ələ keçirdiklərini deyən Ceruşi, silahlıların Benina hərbi bazasına getməyə çalışdığını qeyd edib.

Benqazi İnqilabçılar Şura Məclisi qüvvələri və Ensaru İordan silahlı qüvvələrinin itkiləri barədə hər hansı bir məlumat verilməyib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər