17 Sentyabr 2014 15:52
3 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində 19 yaşlı qızı olan 45 yaşlı ata həkimin rəyindən sonra intihar edib. Teleqraf.com xəbər verir ki, xərçəng xəstəliyindən xilas olandan sonra kişi ikinci dəfə ata olmaq istəyib.

Həkim ona "siz ata ola bilmərsiz, hormonal probleminiz var" deyib. Rəylə razılaşmayan ata gözyaşı içində evə qaçıb və həyat yoldaşını sorğuya çəkib. Xanımı isə hər şeyi etiraf edib. "Qızım başqasındandır, sənə deməyə cəsarət edə bilmədim", deyə ana bildirib.

Cavaba dözə bilməyən ata intihara cəhd edib. Atasının intihar cəhdinin səbəbini öyrənən 19 yaşlı qız da özünü öldürmək istəyib. Hər ikisinin həyatı xilas edilib. Ata və qız evi tərk ediblər.

Ana isə abırına kor olmaq əvəzinə polisə şikayət edib ki, əri qızını qaçırıb. Amma polis qızın 19 yaşı olduğu üçün heç bir hüquqi tədbir görməyib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər