"Sülh çeşməsi" hərəkatı çərçivəsində Suriyanın şimalından çəkilən ABŞ ordusu Aynularabın cənubuna yenidən kiçik bir dəstə göndərib.
Teleqraf.com xəbər verir ki, ötən gün isə 8 zirehli texnikada 30-a yaxın ABŞ hərbçisi Qamışlının cənub-qərbindəki keçmiş Tel Baydar bazasına gəlib.
Halbuki ABŞ bu bazanı "Sülh çeşməsi" əməliyyatı başlayanda boşaltmışdı.
Bu gün Tel Baydardan hərəkət edən ABŞ əsgərlərinin karvanında boş yük maşınları M4 şossesindəki Ayn-İsa qəsəbəsinə çatıb.