1 Noyabr 2019 11:38
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının deputatı, “Xalqın xidmətçisi” fraksiyasının üzvü Anna Skoroxod parlamentin iclasında həmkarlarının Ukraynanın qaz nəqliyyatı sisteminin balanslaşdırılması haqqında qanun layihəsinə düzəlişləri dəstəkləməməsi səbəbindən üçün ağlayıb.

Teleqraf.com xəbər verir ki, hadisənin videosu “Ukrainskaya pravda” qəzetinin “YouTube” kanalında yayımlanıb.

“Biz dünən komitədə bir növ razılığa gəldik. Bu gün bütün mətni yenidən oxuduğum zaman bu razılaşmalara əməl olunmadığını gördüm”, – deyə deputat bildirib.

Bundan sonra Ali Radanın spikeri Dmitri Razumkov deputata müraciətlə “xahiş edirəm ağlamayın” deyib.

Bundan əvvəl Ukrayna Ali Radası ilk oxunuşda “Naftoqaz”la bağlı qanun layihəsini ilk oxunuşda dəstəkləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər