4 Noyabr 2019 08:35
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

"McDonald's" şirkətinin prezidenti Stiv İsterbruk tabeliyindəki işçilərdən biri ilə sevgi münasibətlərinə görə restoranlar şəbəkəsinin baş direktoru vəzifəsindən gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə "McDonald's"ın saytında yerləşdirilmiş xəbərdə deyilir.

Qeyd edilir ki, həmin vəzifədə onu Kris Kempjinski əvəz edib.

"McDonald's" korporasiyası bu gün elan edib ki, onun direktorlar şurası Kris Kempjinskini prezident və baş icraçı direktor təyin edib. Qərar dərhal qüvvəyə minir", deyə - xəbərdə bildirilir.

Məlumatda qeyd edilir ki, İsterburqun istefasına şirkətin əməkdaşı ilə bağlı korporativ əxlaqın pozulması səbəb olub.

"McDonald's" restoranlar şəbəkələri Amerikanın dünyada ən iri korporasiyalarından biridir. Onun əsası 1940-cı ildə San-Bernardinoda (Kaliforniya ştatı) qoyulub. Hazırda şirkətin qərargahı Çikaqoda (İllinoys ştatı) yerləşir. Şirkət in dünyanın 100-dən çox ölkəsində 38 mindən çox restoranı var.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər