ABŞ Prezidenti Donald Tramp Suriyadakı neft sahələrinin qorunması məqsədilə əməliyyat başlamasına razılıq verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.
Mənbə Trampın bu qərarı ABŞ-ın hərbi strukturlarının rəhbərləri ilə görüşündə verdiyini bildirib.
Plana görə, ABŞ hərbi qüvvələri Deyrezzor və Haseke bölgələri arasındakı təxminən 150 kilometrlik ərazidə nəzarəti gücləndirəcək.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) əməliyyatlarla hansı sayda hərbi qüvvənin cəlb ediləcəyini açıqlamayıb. Lakin ümumi hərbi qüvvənin 800 nəfərlik şəxsi heyətdən ibarət olacağı iddia edilib.