18 Sentyabr 2014 12:26
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya qarşı Avropa İttifaqı tərəfindən sanksiyaların sentyabrda elan olunan mərhələsi Moskva üçün çətinliklər yaradacaq.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) məlumat verib.

Belə ki, buna səbəb sanksiyaların Rusiya iqtisadiyyatının əsasını təşkil edən neft sahəsinə təsir etməsidir.

AYİB-in proqnozlarına görə, Qərbin sanksiyaları rus biznesinə ağır zərbə vuracaq.

Həmçinin Moskvanın Qərbə qarşı ərzaq sanksiyaları da Rusiyanın özünə zərər verəcək, ölkədə inflasiyanın səviyyəsi 0,2 faizədək artacaq.

Hesabatda Qərb şirkətləri üçün Rusiya ərazisi üzərindən uçuşlara mümkün qadağa Rusiya iqtisadiyyatı ilə yanaşı Qərb iqtisadiyyatına da təsir edəcəyi deyilir.

Bu cür tədbir "Aeroflot" şirkətinə illik 300 milyon dollar zərər verə bilər. Eyni zamanda Avropa şirkətləri daha uzun marşrutlar seçməli olacaqlar. Bu da aviabiletlərin qiymətinin kəskin sıçrayışla artımına gətirib çıxara bilər.

Samir


Müəllif:

Oxşar xəbərlər