7 Noyabr 2019 13:08
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

“PKK/YPG hələ də 120 saat ərzində geri çəkilməli olduğu yerdədir. Eyni zamanda, Rusiya ilə də anlaşdıq ki, terrorçular 150 saat ərzində Türkiyə sərhədlərindən geri çəkiləcək, amma terrorçular hələ də bölgədən çıxmayıb. Bu barədə bizə vəd verənlər hələ də bunları yerinə yetirmir”.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstana səfəri ərəfəsində jurnalistlərin suallarına cavab verərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan amerikalı həmkarı Donald Trampla gələn həftə baş tutacaq görüşə də toxunub:

“Bu görüş çox fərqli bir situasiyaya təsadüf edir. Üz-üzə görüşmək başqa bir şeydir, telefonla danışmaq başqa bir şeydir. ABŞ bura 32 min yük maşını silah göndərib. Bu barədə görüşlər keçiriləndə bizə PKK/PYD-nin 120 saat ərzində geri çəkiləcəyini dedilər, amma terrorçular hələ də öz yerindədir.

Rusiya ilə əldə edilən anlaşmada isə terrorçuların 150 saat ərzində geri çəkiləcəyi bildirildi, amma onlar hələ də bölgədədir. Biz bu sənədləri terrorçuların geri çəkilməsi şərti ilə imzalamışdıq. PKK/YPG-nin geri çəkilməsi ilə bağlı vəd verənlər hələ də bunu yerinə yetirmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər