Ukrayna ilə sərhəddə rusiyalı hərbçilərin həlak olması ilə bağlı xəbərlər barədə material hazırlamaq üçün Həştərxana gələn BBC Moskva bürosunun çəkiliş qrupu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, 3 nəfərdən az olmayan qrup kafedən çıxıb maşına yaxınlaşan jurnalistlərə hücum edib.
Hücumçular operatoru döyüb və jurnalistlərin əlindəki kameranı aldıqdan sonra hadisə yerini tərk ediblər.
Hazırda BBC jurnalistləri Moskvadadırlar.
4 saat ərzində polis bölməsində ifadə verərkən kimsə jurnalistlərin avtomobilinə daxil olaraq yaddaşdakı videoyazıları silib.
Samir