17 Noyabr 2019 19:30
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dövlətinin benzinin bahalaşması ilə əlaqədar verdikləri qərar icra edilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xamneyi deyib.

Ə.Xamneyinin sözlərinə görə, ötən 2 gün ərzində benzinin bahalaşmasına qarşı İranın bəzi şəhərlərində etirazlar baş verib, bir sıra problemlər yaranıb, bir neçə nəfər həlak olub və mərkəzlər dağılıb.

İranın dini lideri əlavə edib ki, bəzi vətəndaşlar bu qərardan narahat olurlar. Lakin bank yandırmaq düzgün iş deyil.

Ə.Xamneyi deyib ki, İranın rəsmiləri qiymət artımının başqa məhsulların bahalaşmasına səbəb olmasının qarşısını almalıdırlar.

Qeyd edək ki, 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala (təxminən 0,71 dollar) bahalaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər