İran benzinin qiymətinin artımından əldə olunan gəlirin xalqa paylandığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “Təsnim” xəbər agentliyi hökumətin sosial yardımları çərçivəsində ilkin mərhələdə benzinin qiymət artımından əldə edilən gəlirin bir qisminin 20 milyon şəxsin bank hesablarına yatırıldığını yazıb.
Xatırladaq ki, hökumət keçən həftə pulun sosial yardıma ehtiyacı olan 18 milyon ailəyə paylanacağını açıqlamışdı.
Qeyd edək ki, İranda etiraz aksiyaları zamanı 4 nəfər ölüb, onlarla şəxs yaralanıb.