18 Sentyabr 2014 22:57
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə “İslam Dövləti” qruplaşması tərəfindən girov götürülən növbəti britaniyalı jurnalistin video görüntüləri yayılıb.


APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, girovluqda saxlanılan şəxsin terrorçuların edamla hədələdikləri Alan Henninqin olmadığı bildirilir.


Əynində narıncı rəngli paltar olan britaniyalı girov götürüldüyünü və hər an edam edilə biləcəyini bildirib.


O, ABŞ və Britaniyanın nə üçün yeni müharibəyə qoşulduğunu soruşur. O, həmçinin bu video görüntünün silsilə “proqramlardan” biri olduğunu bildirərək, bu müraciətlərdə “İslam Dövləti”nin fəlsəfəsindən danışacağını qeyd edib.


“RİA Novosti” video çarxda əks olunan şəxsin jurnalist Con Kentli olduğunu bildirir. Kentli video görüntüdə terrorçular tərəfindən 2012-ci ildə girov götürüldüyünü bildirib.


KİV-lərdə Con Kentlinin avqustda terrorçular tərəfindən edam olunmuş Ceyms Fouli ilə birlikdə Liviyada çalışdığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər